​Kerri Rusiyaya qarşı sanksiyaların uzadılmasından danışdı

Yaxın aylarda Minsk razılaşmalarının yerinə yetirilmədiyi təqdirdə Rusiyaya qarşı sanksiyalar uzadılmalıdır.
TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.
“Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsində Rusiyaya qarşı təzyiq artırılmalıdır. Biz bunu indidən açıq şəkildə bəyan etməliyik. Yaxın aylarda məsələdə irəliləyiş olmadıqda Rusiyaya qarşı sanksiyalar uzadılmalıdır”, - deyə C.Kerri bildirib.