Kenneth Yalowitz: ABŞ Gürcüstanda baş verənlərdən narahatdır

Baxış sayı:
7050

"ABŞ Gürcüstanda baş verənlərdən narahatdır", deyə ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kenneth Yalowitz bildirib.
“Mən Gürcüstanın daxili siyasətinə qarışmıram, amma baş verənlərdən narahat olduğumu deməliyəm. İyun hadisələrindən sonra bu seçki islahatı irəliyə doğru addım kimi görünürdü və indi niyə qəbul olunmadığını başa düşmürəm. Amerika da Gürcüstanın çoxsaylı dostları kimi, Gürcüstan demokratiyasının taleyindən narahatdır və ümid edirəm ki, hökumətin şəffaflığı baxımından müsbət addımlar atılacaq ", Kenneth Yalowitz “Amerikanın səsi”nin Gürcüstan redaksiyasına müsahibəsində bildirib.
Gürcüstanda Milli Demokratiya İnstitutunun (NDI) keçmiş direktoru və Xarici Siyasət Tədqiqatları İnstitutunun şərhçisi Luis Navarro da baş verənləri mənfi qiymətləndirir. Onun fikrincə, "Gürcü Arzusu" 2020-ci ildə hakimiyyətini itirmək qorxusundan dəyişiklik etməkdən imtina etdi. "Bu, həm də iyun ayında həmən dəyişiklikləri tələb edən nümayişçilərə qarşı böyük hörmətsizlikdir" dedi.

Muxalifet.az