Kennedinin qatili həbsxanada bıçaqlandı

Baxış sayı:
11174

Amerikalı senator və prezidentliyə namizəd Robert F. Kennedinin ömürlük cəzaya məhkum edilən qatili, fələstinli Sərxan Sərxan Kaliforniyadakı həbsxanada bıçaqlanıb.

Trend-in məlumatına görə, yaralı halda aşkar edilən 75 yaşlı qatil xəstəxanaya yerləşdirilib, vəziyyəti stabildir.

Xatırladaq ki, ABŞ-ın sui-qəsd nəticəsində öldürülmüş prezidenti Con Kennedinin qardaşı Robert Kennediyə Los-Ancelesdə 1968-ci ildə təşviqat kampaniyası zamanı hücum edilib. Onun qatili Sərxan Sərxan öncə edama məhkum edilib, lakin sonradan hökm ömürlük həbs cəzası ilə əvəzlənib. Məhkum hazırda Kaliforniyadakı Richard J.Donovan həbsxanasında cəza çəkir.