Kennedi SSRİ-yə aid bu bazaları vuracaqdı – XƏRİTƏ

Baxış sayı:
3961

ABŞ-ın 35-ci ABŞ Prezidenti Con Kennedinin Karib böhranı zamanı Kubadakı Sovet hərbi obyektlərinin yeri qeyd edilən gizli xəritəsi hərraca çıxarılıb.
Məlumatı “RR Auction” hərrac evi özünün Tvitter səhifəsində yayıb.
Xəritənin 27 oktyabr 1962-ci ildə hazırlandığı bildirilib. Məlumata görə, xəritədə MiQ qırıcısının, İl-28 bombardmançılarının, R-12 ballistik raketlərinin, həmçinin SSRİ-nin nüvə obyektlərinin yerləşməsi öz əksini tapıb. Kennedi məhz bu obyektləri məhv etməyə hazırlaşırmış. Həmin gün “Qara şənbə” kimi tarixə düşüb. Lakin 28 oktyabr gecəsi ABŞ və Sovet İttifaqı liderləri razılığa gəlib və böhranın qarşısını alan anlaşma imzalanıb.
İki səhifədən ibarət xəritəyə 20 min dollar start qiymət qoyulub.
Qeyd edək ki, xəritənin sahibinin Prezident Kennedinin ABŞ Müdafiə Nazirliyindəki rəhbəri Robert Maknamaraya məxsus olduğu bildirilib. Kennedi “Qələbə xəritəsi” adlandırdığı xəritəni hədiyyə olaraq ona veribmiş./Axar.az