Keçmiş vampir Moskvada həkim işləyirmiş - DOSTUNU QURBAN KƏSİB, QANINI İÇİB

Baxış sayı:
6154

Moskva sakini Boris Kondraşin 16 yaşında olarkən qətl törətməkdə ittiham olunaraq, 10 il həbs cəzası alıb.
İstintaq zamanı məlum olub ki, o, okkultizmlə maraqlanırmış və dostunu qurban kəsərək, qanını içib. Cəzasını psixiatriya xəstəxanasında məcburi müalicə olunaraq keçirib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, xəstəxanadan çıxdıqdan sonra Boris Kondraşin saxta həkim diplomu alıb və Moskvanın xəstəxanalarından birində həkim işləməyə başlayıb.
Bu yaxınlarda xəstəxana rəhbərliyi əməkdaşların şəxsi işlərini araşdırarkən bu fakt üzə çıxıb. Kondraşin sənədlərin saxtalaşdırılmasına və... qanunsuz narkotik dövriyyəsinə görə iki ay müddətinə həbs olunub. Cinayət işi üzrə istintaq davam etdirilir.