Keçmiş telekanal rəhbərinin oğlu çayda batdı - AZƏRBAYCANDA

Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
 
Hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
 Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
 Hazırda onun axtarışları davam etdirilir.
 Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.