​Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapılıb - YENİLƏNİB

Ötən gün Katex çayında batan şəxsin meyiti tapılıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1991-ci il təvəllüdlü Ədilxan Nuriyevin meyiti xilasedicilər tərəfindən batdığı yerin yaxınlığında tapılaraq sudan çıxarılıb.
 
***
19:09
 
Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb.
Hadisə bu gün Balakən rayonu ərazisində, Katex çayında baş verib.
Zaqatala rayon sakini, 1991-ci il təvəllüdlü Ədilxan Nəzirxan oğlu Nuruyev çayda çimərkən boğulub.
Hazırda onun axtarışları davam etdirilir.
Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış “Aygün” televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.