​Keçmiş silahdaşından XƏBƏRDARLIQ: “Tramp, iki dəfə düşün…”

Baxış sayı:
6907

ABŞ-ın keçmiş dövlət katibi Con Kerri İranla bağlanmış nüvə razılaşmasının vacibliyini bir daha vurğulayıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Kerri İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində söyləyib.
O, ABŞ Prezidenti Donald Trampı qərar verməzdən öncə iki dəfə düşünməyə çağırıb:
“Bu saziş hazırda qüvvədədir. Ondan çıxmaq fikir ayrılıqlarını azaltmağa kömək etməyəcək. Əksinə, İran tərəfi sazişin şərtlərinə əməl etməmək imkanı qazanacaq. Bundan başqa, biz Tehranın nələr etdiyini bilməyəcəyik. Çünki ABŞ-ın müqavilədən çıxması ilə beynəlxalq müşahidəçilər ölkəni tərk etməli olacaqlar”.
ABŞ-ın keçmiş dövlət katibi əmindir ki, Tehranla sazişdən imtina Koreya yarımadasında tərk-silah prosesində mənfi nəticələrə səbəb olacaq: “İranla sazişdən imtina Şimali Koreyanın ABŞ-a etimadını zəiflədəcək”.