Keçmiş silahdaşı İvanişviliyə qarşı hərəkat yaradır - “Layiqli Gürcüstan naminə"

Baxış sayı:
5167

Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər.
Muxalifet.az
yerli KİV-ə istinadən bildirir ki, bunu öz Facebook səhifəsində “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze yazıb.
O özünün yeni hərəkatını sentyabrda yaradacağını və “Layiqli Gürcüstan naminə” adlandıracağını bildirib: “Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq”. Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”.
Qeyd edək ki, Xazaradze bundan öncə gürcü oliqarx Bidzina İvanişvilinin müttəfiqi olsa da, sonradan İvanişvili ona qarşı təzyiqləri gücləndirib. Nəticədə Xazaradzeyə qarşı cinayət işi açılıb və onun ölkəni tərk etməsi qadağan edilib. Xazaradze bunun ardınca bəyanat yayaraq, İvanişviliyə qarşı mübarizə üçün yeni hərəkat yaradacağını açıqlayıb.