​Keçmiş sevgilisinin evinə qonaq gedən azərbaycanlı vuruldu - RUSİYADA

Baxış sayı:
9928

Ötən gün Rusiyanın Lipetsk vilayətində 35 yaşlı Azərbaycan vətəndaşı qətlə yetirilib. Rus mətbuatı xəbər verir ki, o, alnından açılan atəş nəticəsində dünyasını dəyişib. Bu barədə vilayətin hüquq-mühafizə orqanları məlumat yayıb. Belə ki, azərbaycanlı keçmiş sevgilisinin evinə qonaq gedib. 36 yaşlı qadının evində yeni sevgilisi də olub. Qonaqlıq zamanı qadının 52 yaşlı sevgilisi qəflətən silah çıxararaq Azərbaycan vətəndaşını alnından vurub. Hadisənin qısqanclıq zəmnində baş verildiyi bildirilib. Faktla bağlı istintaq başladılıb.