​Keçmiş prezidenti 10 il həbs gözləyir

Baxış sayı:
2059

Salvadorun keçmiş prezidenti Antoni Saka dövlət vəsaitini mənimsədiyini boynuna alıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Saka onun üçün məhkəmədən istənilən 30 ilin 10 ilə endirilməsi müqabilində günahını boynuna almağa razılıq verib.
Ölkənin Baş Prokurorluğuna iyulda ünvanlanmış sənəddə onun 2004-2009-cu illərdə prezidentliyi dövründə 301 milyon dollar vəsaitin mənimsənilməsi faktı yer alıb.
“Bu prosedurun qısaldılmasıdır. Bu, işin ləğv edilməsini nəzərdə tutmur. Biz respublikanın keçmiş prezidentinə 10 il həbs cəzası təklif edirik” – Baş prokurorluğun Maliyyə Tədqiqatları şöbəsinin müdiri Xorxe Kortes bildirib.