​Keçmiş prezident ABŞ-da həbs olundu

Baxış sayı:
5182

Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-ın Kaliforniya ştatında polis tərəfindən saxlanılıb.
Bu barədə “Röyter” agentliyi informasiya yayıb.
Məlumata görə, Toledo San-Mateo əyalətində içkili vəziyyətdə saxlanılıb.
Həbsinə münasibət bildirən Toledo bunu siyasi rəqiblərinin işi adlandırıb.
Qeyd edək ki, Peru hakimiyyət orqanları keçmiş prezident Alexandro Toledonun həbsinə gətirib çıxaracaq informasiya üçün 30 min dollar mükafat təyin edib.