Keçmiş polis əməkdaşı şöbə rəisindən şikayətçidir – RAMİL USUBOVA VƏ RAMİZ ZEYNALOVA MÜRACİƏT

Baxış sayı:
2176

Siyəzən şəhəri, Vidadi küçəsi ev 45 ünvanında yaşayan, Qarabağ Qazisi, təqaüddə olan keçmiş polis əməkdaşı Zeynalov Qalib Mabəddin oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Ramil Usubova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edən şikayətçi yazır:
“Hörmətli cənab Ramil Usubov!
Hörmətli cənab Ramiz Zeynalov!

Məlumat üçün yazıb sizə bildirmək istəyirəm ki, Siyəzən rayon polis şöbəsinin polis sahə rəisi, polis mayoru Məmmədov Mirzəcan Səfər oğlu vəzifəsindən və dövlətin ona verdiyi paqonundan sui-istifadə etməklə, şəxsi istifadəsində olan, Rusiya Federasiyasının Dövlət qeydiyyatında olan, əyri yollarla əldə etdiyi VAZ 2121 Niva markalı minik maşınını uzun illərdir qanunsuz idarə edir. Bununla bağlı tədbir görülməsindən ötrü 3-aya yaxındır ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə yazıb göndərdiyim çox-saylı şikayət ərizələrim Baş Dövlət Yol Polisi İdarəsində kimlər tərəfindənsə, kimin və nəyin xatirinəsə rəhbərlikdən gizlədilərək, indiyə kimi də obyektiv baxılmadan tədbirsiz və nəticəsiz qalmışdır.
Eyni zamanda,qeyd etmək istəyirəm ki, Siyəzən rayon polis şöbəsi tərəfindən mənə verilmiş 11 Aprel 2019-cu il tarixli,23449/271219-nömrəli cavab məktubundan görünür ki, sözügedən məsələ ilə bağlı Siyəzən rayon Polis şöbəsinin polis sahə rəisi, polis mayoru cavabdeh Məmmədov Mirzəcan Səfər oğlu verdiyi izahatında da özünün şəxsi istifadəsində olan VAZ 2121 markalı avtomobilini Azərbaycan respublikasının dövlət qeydiyyatında və dövlət qeydiyyat nişan nömrəsi olmadan Rusiya Federasiyasına məxsus qeydiyyat nişan nömrəsi ilə qanunsuz idarə etməsini təsdiq etmişdir.
Eyni zamanda, həmin minik avtomobilini əyri yollarla, yəni cinayət yolu ilə əldə edib-etməməsi bəlli deyildir.
Odur ki, yuxarıda qeyd olunan faktları və polis sahə rəisi, polis mayoru Mirzəcan Məmmədovun həmin avtomobili hardan və hansı yollarla əldə etməsini kökündən, tam, hərtərəfli və obyektiv yoxlanılaraq, qanunamüavafiq tədbir görülməsini bir daha sizdən xahiş edirəm”.
 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.