Keçmiş müttəfiqlər DÜŞMƏNƏ ÇEVRİLİR – ƏSƏD PKK-ya QARŞI

Suriyada müxalif qruplara və Türkiyəyə qarşı əməkdaşlıq edən Əsəd rejimi ilə terror təşkilatı PKK, indi bir-birilə vuruşmağa hazırlaşır.
 
Suriyada illərdir davam edən daxili müharibədə zaman zaman birlikdə hərəkət edən rejim qüvvələri ilə terror təşkilatı PKK-nın maraqları toqquşub.
Daha əvvəlPKK/ PYD-nin ələ keçirdiyi ərazilərin azad olunmasını istəyən Əsəd rejimi hədələr sovurmağa başlayıb.
Əsəd, "Torpaqlarımızı geri istəyirik. Torpaqları təslim etməsələr, hərbi yolla təslim almaq məcburiyyətində qalacağıq" deyə, PYD terrorçularını təhdid edib.
Rusiya prezidenti Vladimir Putin ilə tez-tez görüşərək təlimatlar alan Əsəd, terror təşkilatı PYD-nin əlində tutduğu neft bölgələrinin geri alınmasını indi əsas hədəflərdən biri kimi görür.
Müxalifət.az