Keçmiş müdir müavini intihar etdi

Baxış sayı:
1075

Qusar şəhərində intihar hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.