Keçmiş müdafiə naziri: "Zakir Həsənovla tez-tez görüşürük"

“Zakir Həsənovun gördüyü işləri alqışlayıram. Onun islahatları öz müsbət nəticəsini verir. İnanıram ki, o bundan sonra da ordudakı islahatlarını davam etdirəcək”.

Bunu azvision.az-a açıqlamasında sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev deyib. D.Rzayev hazırkı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun fəaliyyətindən danışıb. Qeyd edib ki, Zakir Həsənovla tez-tez görüşüb, təcrübələrini də bölüşürlər.

“Zakir Həsənov savadlı, cavan və çox perspektivli bir nazirdir. Zakir Həsənovun işi göz qabağındadır. O, orduda çoxlu islahatlar aparır. Onun islahatlarının ordunun döyüş qabiliyyətinin yüksəldilməsində böyük rolu olacaq.

Zakir Həsənovla həmişə görüşürüb, söhbət edirik. Hesab edirəm ki, Zakir Həsənov öz yerindədir və vəzifəsini layiqincə yerinə yetirir. Onun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müharibə vəziyyətində olan bir dövlətdə bütün nazirlər Zakir Həsənov kimi də işləməlidir”,-deyə sabiq nazir vurğulayıb.