​Keçmiş məhkum Bakıda qadınlardan OĞURLUQ ETDİ

Baxış sayı:
2788

Bakının Nəsimi rayonunda iki qadına zor tətbiq edərək boyunbağı və pulqablarını oğurlayıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı şəhər sakinləri X.Əliyevanın qızıl boyunbağı və Ü.Xəlilovaya zor tətbiq edərək içərisində 110 manat, 100 ABŞ dolları, bankomat kartları və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Camaləddin Qəmbərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.