​Keçmiş məhkum Bakıda avtomatla gəzirmiş

Bakı sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.
Bundan başqa, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Vaqif Qarabəyovdan “TOZ-16”, Çingiz Umarovdan isə “İJ-28” markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.