Keçmiş mer evinin həyətində güllələndi - VİDEO

Baxış sayı:
530

Rusiyanın Kemerovo vilayətinin Kiselevsk şəhərinin eks-meri Sergey Lavrentyev öz evinin həyətində güllələnib.

Yerli mətbuat xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Naməlum şəxslər S.Lavrentyevin yaşadığı Verx-Cumış qəsəbəsində yerləşən evinin həyətinə soxulublar. Eks-mer onlardan yalnız birini zərərsizləşdirə bilib. Digəri isə avtomobilə minərək hadisə yerindən qaçmağa müvəffəq olub. Atışma zamanı ev sahibi də ağır güllə yarası alıb və həyatını itirib.

“Çağırılmamış qonaqları”n həyətdə gəzişdiklərini mərhumun həyat yoldaşı görüb və ərinə bildirb. S.Lavrentyev evdən ov tüfəngi götürərək həyətə düşüb. Bir neçə dəqiqə sonra atəş səsləri eşidilib. Ərinin arxasınca həyətə enən qadın onun ölümcül yaralandığını, quldurlardan birinin isə öldüyünün şahidi olub.

Qeyd edək ki, S.Lavrentyev 16 il Kisilevsk şəhərinin meri olub.