​Keçmiş kralın şahzadə oğlu öldürülüb?

Polisin əməliyyatı zamanı Səudiyyə Ərəbistanı şahzadələrindən heç kim ölməyib.
Bu barədə informasiyanı Səudiyyə Ərəbistanı polisi yayıb. Polis KİV-in öldürüldüyü haqqında informasiya yaydığı şahzadənin sağ olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə 44 yaşlı şahzadə Əbdüləziz ibn Fahdın onu həbs etmək üçün gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mühafizəçilər arasında silahlı atışmada öldüyü bildirilmişdi. Media bu məlumatı ABŞ Federal Tədqiqatlar Bürosunun sabiq əməkdaşı Əli H. Sofana istinadla paylaşmışdı.