Keçmiş Komitə sədrinin qardaşı məhkəmə qarşısında - 52 NƏFƏRƏ 2 MİLYON MANAT “ATDIĞI” DEYİLİR

Baxış sayı:
7393

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd olunub ki, S. İbrahimov 1981-ci ildə Naxçıvan şəhəri, Babək rayonu, Nehrəm kəndində anadan olub. Ali təhsillidir, işsizdir və fərdi biznes fəaliyyəti ilə məşğuldur.

S.İbrahimov müdafiəçisinin məhkəmədə iştirak etmədiyini bildirib.

Zərərçəkmişlərdən məhkəmədə Etibar Allahverdiyev iştirak edib.

Etibar Allahverdiyev istintaq zamanı 162 min 400 dollarlıq maddi ziyana görə, 50 min manat isə mənəvi ziyana görə mülki iddia qaldırdıqlarını bildirib.

Məhkəmə prosesi noyabrın 28-də davam etdiriləcək.

S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

O, 52 nəfərə 2 milyon manat "atmaq"da ittiham olunur, istintaq zamanı həmin şəxslərin pulunu qaytarıb.

S. İbrahimov istintaqın ilk mərhələsində həbs olunsa da, daha sonra ev dustaqlığına buraxılıb.