Keçmiş Komitə sədri haqda SENSASİON FAKTLAR – İş istəyən xanımları öncə xarici səfərə apararmış...

Baxış sayı:
15760

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində son günlər ciddi kadr dəyişiklikləri həyata keçiriməkdədir. Xüsusən da keçmiş sədr Nazim İbrahimova yaxın kadrların vəzifədən uzaqlaşdırıldığı mətbuatdan bəllidir. Bütün bunlarla yanaşı, keçmiş rəhbərliyin fəaliyyətinin də təftiş olunduğu istisna deyil. Əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsində aparılan araşdırmaların ciddi nəticələr ortaya çıxaracağına şübhə yoxdur. Amma burada bizim diqqətimizi çəkən dövlət vəsaitinin təyinatı üzrə xərclənməməsi ilə yanaşı, keçmiş rəhbərliyin bəzi qanunsuz əməllərinin də ifşa olunmasıdır... Şübhəsiz, Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyinin xanımlara “xüsusi diqqət və qayğı” göstərdiyi çoxlarına məlumdur. Hansı ki, əldə etdiyimiz məlumata görə, işdən azad edilənlərin əksəriyyəti də məhz qeyri-qanuni olaraq dövlət qulluğuna gətirilmiş xanımlardır. Məsələn, rəhbərliyin hansı səbəbdən özünə 2 xanım köməkçi götürməsi maraq doğuran məqamlardandır. Araşdırmamıza görə, Komitə sədrinə yalnız bir köməkçi götürmə imkanı yaradıldığı halda, o, qeyri-qanuni olaraq özünə iki xanım köməkçi götürmüşdür. Bu zaman isə, istər-istəməz ortaya belə bir sual çıxır ki, onların əmək haqqı necə və hansı vəsait ilə ödənilib? Əvvəllər bu Komitədə çalışmış etibarlı şəxslərdən əldə etdiyimiz məlumatlara görə, keçmiş sədr Nazim İbrahimov işlə bağlı müraciət edən gözəgəlimli xanımları əvvəlcə iş təcrübəsini yoxlamaq məqsədilə özü ilə xarici səfərlərə aparar, “qənaətbəxş” hesab etdiklərini döndükdən sonra işlə təmin edərmiş. Bəzilərini isə “təcrübəsziliyindən” dolayı işə almazmış… Ümumiyyətlə, mənbə deyir ki, Nazim İbrahimovun xanım sevdası heç kimə sirr deyildir. Bu baxımdan istisna olunmur ki, yeni rəhbərlik daha ciddi yoxlama aparsa, Komitənin büdcəsindən bu xanımlara xərclənmiş dövlət vəsaitini müəyyən etmiş olar... Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.