Keçmiş İsrail generalı: “ORDUMUZDAN UTANC DUYDUM”

Baxış sayı:
3799

İsrailli keçmiş generalı Giora Eiland, İsrail ordusunun iddia edildiyi kimi, dünyanın ən əxlaqlı ordusu olmadığını deyib. “Yediot Ahranot” qəzetinin xəbərinə görə, Eiland, Fələstinli bir gəncin snayper atəşilə şəhid edildiyinə aid görüntülərə işarə edərək əsgərlərin gənci vurduqdan sonrakı sevincindən utanc duyduğunu dilə gətirib.
 
 
İsrail ordusunda 2003-cü ilə qədər Əməliyyatlar və Planlaşdırma Hissələrinə başçılıq edən Eiland, bunları qeyd edib:
“İsrail ordusunun dünyanın ən əxlaqlı ordusu olduğunu iddia edənlərin bunu isbat etməsi lazımdır. Bu iddia əsassızdır. Kim müqayisə etdi ki, buna qərar verdi”!?
Eiland, vəzifədə olduğu 2003-cü ildə də bənzər bir hadisənin baş verdiyini və İsrail əsgərinin bir İngilis aktivisti öldürdüyünü xatırladıb.
Qeyd edək ki, İngilis sülh aktivisti Tom Hurndall, 11 Aprel 2003-cü ildə Rifah şəhərindəki bir qaçqın düşərgəsində Fələstinli uşaqları İsrail atəşindən qorumaq istəyərkən başından ağır yaralanmış və komaya düşmüşdü. İngiltərənin paytaxtı Londona aparılan Hurndall, 8 aylıq bir koma dövründən sonra 22 yaşında həyatını itirmişdi.
İsrail əsgərləri isə gəncin silahlı olduğunu iddia etmiş, lakin İngilis səfirinin Eilanda verdiyi məlumatın ardından həqiqət ortaya çıxmışdı. Əsgərlər də daha sonra "əsassız şəkildə bir vətəndaşa atəş açdıqlarını" etiraf etmişdilər.
Müxalifət.az