Keçmiş İŞİD liderinin bacısı ələ keçirildi
5-11-2019 10:50
Baxış sayı:
10381
Türkiyənin Rabitə naziri Fəxrəddin Altun, Türkiyənin dünən axşam saatlarinda tərtib etdiyi əməliyyat nəticəsində İŞİD-in lideri Əbubəkr əl Bağdadinin bacısı Rəsmiyə Avadın tutulduğunu təsdiq edib.
Fəxrəddin Altun, Twitter hesabından paylaşdığı xəbəri belə ifadə etdi:
"İdeologiyasına ve mənbəyinə baxmayaraq Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Bağdadinin bacısının ələ keçirilməsi, terrorla mübarizə əməliyyatlarındakı uğurun başqa nümunəsidir”.
Xəbər agentliyi AP-yə məlumat verən Türk kəşfiyyat orqanının rəsmisi , Bağdadinin 65 yaşındaki bacısı Avadın, Fərat Qalxanı əməliyyat ərazisinin içində qalan Azezdə həyat yoldaşı, gəlini və 5 övladı ilə birlikdə bir konteynerin içində ələ keçirildiyini açıqlayıb.
Muxalifet.az