​Keçmiş hərbi prokurordan SENSASİYALI İDDİA: “Siyasətçilərə, din xadimlərinə sui-qəsd cəhdi olacaq”

Baxış sayı:
4222

Ergenekon və Balyoz işlərində 4 il 10 ay həbsxanada qaldıqdan sonra bəraət alan Hərbi Hava Qüvvələri Komandanlığının keçmiş hərbi prokuroru polkovnik Əhməd Zəki Üçok FƏTÖ ilə bağlı şok iddialar irəli sürüb.
Muxalifət.az avropa.info-ya istinadən xəbər verir ki, Əhməd Zəki Üçok terror təşkilatının sui-qəsd dəstəsi təşkil etdiyini açıqlayıb.
Polkovnik deyib ki, FƏTÖ sui-qəsdçi dəstə üzvlərinə Makedoniya və Kosovoda təlim keçib, onları sensasiyalı cinayətlər törətməyə hazırlayıb. Sui-qəsd edələcək adamların siyahısına siyasətçilər, mühüm qeyri-hökumət təşkilatı nümayəndələri, din xadimləri, idman klubları rəhbərləri, sənətkarlar daxil edildiyini deyən Üçok bildirib ki, plan qarşıdakı bir neçə ay ərzində həyata keçiriləcək.
Üçok bundan əvvəl də verdiyi açıqlamada, xaricə qaçan FƏTÖ əsgərlərinin sui-qəsd dəstəsi yaratdıqlarını və yeni hazırlıq içində olduqlarını irəli sürmüşdü. Polkovnik o zaman bildirmişdi ki, FƏTÖ-çülər Makedoniyada böyük bir ərazini satın alıb və burada muzdlu əsgərləri və ordudan fərarilik etmiş hərbçiləri toplayıb.