Keçmiş hərbçidən şok iddia: TÜRKİYƏDƏ SABİQ PREZİDENT HƏBS OLUNACAQ

Baxış sayı:
3616

İşçi Partiyasının üzvü Həsən Atilla Uğur, iştirak etdiyi bir tədbirdəki çıxışında15 İyul dövlət çevrilişi cəhdi haqqında "belə çevrilişmi olar” deyə, bildirib. Uğur, yaxında bir çox siyasi şəxsin həbs olunacağını söyləyərək, bu məsələ haqqındakı hazırlıq istintaq məlumatının olduğunu deyib.
 
Keçmiş hərbçi, İşçi Partiyasının sədr müavini Həsən Atilla Uğur, iştirak etdiyi bir tədbirdəki çıxışında təhdid kimi çox sərt açıqlamalar verib. Uğur, dövlət içində yüksək səviyyəli FETÖ-çuların olduğunu, üst hissədəki siyasilərdən bir çoxunun yaxında FETÖ ilə aparılan mübarizə çərçivəsində həbs olunacağını söyləyib. Daha da əhəmiyyətlisi Atilla Uğur, yüksək səviyyəli siyasətçilərə qarşı aparılan həbs hazırlığından xəbərdar olduğunu bildirib. FETÖ-nun siyasi qolunda hələ də bir çox FETÖ-çunun olduğunu bildirən Uğur, bəzi böyük şəhər bələdiyyə sədrlərinin və keçmiş prezidentlərin də həbs olunacağını söyləyib.
 
ÇEVRİLİŞİN ERKƏN BAŞLAMASI BİR SİLSİLƏ
 
Etdiyi çıxışdan sonra qapalı bir məkanda daha iki sualı cavablandıran Uğur, "Dövlət çevrilişi cəhdinin tez başlamasında bir silsilə səbəblər var. Burada ABŞ-ın düyməyə erkən basması, FETÖ-çuların öz arasında təşviş keçirməsi var" deyib.
 
TƏHDİD KİMİ SÖZLƏR: QANDAL VURULACAQ
 
Uğur, bu günə qədər FETÖ-nun siyasi qoluna çox toxunulmadığını işarə edərək, "Bu günə qədər bunlarla bərabər gedənlər hesabını verəcəklər. Mübarizənin ciddi mənada gəldiyini bilirəm və bu mübarizə çərçivəsində yaxın gələcəkdə, bunu xüsusi olaraq millətə çatdırmaq istəyirəm- bu siyasi qoldakı çox yüksək səviyyəli şəxslər əllərində qandallı olaraq araşdırmaya daxil olacaqlarını, həbs olunacaqlarını, nəzarətə alınacaqlarını hamımız birlikdə görəcəyik" deyə, bildirib.
 
ÇEVRİLİLƏR ABŞ-ın LAYİHƏSİDİR
 
Sonra Uğur belə söyləyib:
“Belə bir dövlət çevrilişi cəhdi dünyanın heç bir yerində olmadı. ABŞ dünyanın hər yerində çevriliş etdiyi kimi, Türkiyədə də edib. Türkiyədəki çevrilişlər 28 fevral çevrilişi də daxil, hamısı ABŞ-ın işidir. Çünki bunların hamısı ordunu dinsiz göstərmək üçün hazırlanan bir dəzgahdır”.
Müxalifət.az