Keçmiş FTB başqanı Trampı YERDƏN YERƏ VURDU

Baxış sayı:
1009

Keçmiş FTB başqanı James Comey, ABŞ prezidentinin ünvanına "Tramp prezidentlik üçün etik olaraq uyğun deyil" deyə, söyləyib.
 
Vəzifədən alındıqdan sonra ilk dəfə bir televiziya kanalına müsahibə verən Comey, çərşənbə axşamı kitab köşklərində yerini alacaq "Daha Yüksək Bir Sədaqət" adlı kitabının məzmunu və prezident Tramp ilə etdiyi xüsusi danışıqlar haqqında danışıb.
 Comey, ABŞ prezidentinin ölkənin özündə və təməlində olan dəyərlərə hörmət göstərməsi, bunlara bağlı qalmasının lazım olduğunu ifadə edərək, "Ən əhəmiyyətlisi doğru olmaqdır ki, prezident bunu edə bilmir. Bir ABŞ prezidenti üçün bunları söyləyəcəyimi heç ağılımdan keçirməzdim, amma Tramp etik baxımdan prezidentliyə uyğun deyil . Bəzilərinin irəli sürdüyü kimi, ağıl sağlamlığı ya da fiziki olaraq uyğun olmadığını düşünmürəm. Ağıllı bir adam olduğu müəyyəndir, amma etik baxımdan prezidentliyə uyğun biri deyil "deyə söyləyib.
 ABŞ-da yayımlanan “ABC News'a müsahibə verən Comey, Rusiyanın prezident Tramp haqqında "gizli məlumatlara sahib ola biləcəyi" iddialarının da mümkün olduğunu söyləyib.
 Prezident Tramp'ın, ondan sədaqət istədiyini ifadə edən Comey, Tramp ilə bir araya gəldiyi axşam yeməyinə toxunaraq, "Mənimlə yemək yeməsinin səbəbi, məndən ona sadiq qalacağım vədini almaq üçün idi" deyib.
 Tramp'ın ona, "Mənə sadiq olmanı istəyirəm, sədaqətə ehtiyacım var" dediyini söyləyən Comey, prezidentə "məndən dürüstlük görəcəksiniz" cavabı verdiyini söyləyib.
 Comey, evə getdikdən sonra yeməkdə danışdığı mövzuları dərhal kompüterinə qeyd etdiyini də əlavə edib.
 Rusiya istintaqını icra etdiyi sırada vəzifədən alınmasının onun üçün "böyük bir sürpriz olduğunu" ifadə edən keçmiş FTB başqanı Comey, o dövr Türkiyənin Vaşinqtondakı lobbi fəaliyyətlərini yürüdən keçmiş Milli Təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flynn istintaqı ilə əlaqədar də danışıb.
 Comey, Tramp'ın xüsusi bir görüşdə, "İnşallah bunu həll edərsiniz" deyə, bildirdiyini söyləyib.
 Müsahibədə, vəzifədən alındığını xəbərlərdən öyrəndiyini deyən Comey, "FTB-nin Los Ancelesdəki ofisində olduğum zaman xəbərlərdən qovulduğumu öyrəndim. İlk xəbərlər mənim istefa etdiyim istiqamətində idi. Qovulmamın axmaqca bir şey olduğunu düşünürdüm. Rusiyanın, seçkilərə olan təsirlərini araşdıranların başındaydım. Bu, heç bir şəkildə məntiqli deyildi "deyib.
 Çərşənbə axşamı günü kitab köşklərinə çıxacaq kitabında Tramp'ı "insanlıqdan məhrum və mənliyinin əsiri" deyə xarakterizə edən Comey, "Tramp, işinə əhəmiyyət verməyən və Rusların Amerikan demokratiyasına etdiyi hücumu nəzərə almayan birisidir" deyib.
Müxalifət.az