Keçmiş FBİ rəsmisi FETÖ-nün ARXASINDAKI GİZLİ ADI AÇIQLADI

Sibel Edmonds, Gülənin cinayət işlərini palaz altıına süpürən FBI başqanı Robert Müllerə meydan oxudu.
 
Edmonds FETÖNÜN arxasındakı gizli adı açıqladı
 
11 sentyabr hücumlarını FBI-nin bildiyi halda mane olmadığı ortaya çıxandan sonra FBI-dən çıxarılan Sibel Edmonds müstəqil jurnalist araşdırmaları ilə ABŞ-ı silkələməyə davam edir. ABŞ-ın “çirkli alt paltarlarını” ortaya tökən Edmonds, bu dəfə də Pensilvaniyada oturan terrorçubaşı Fetullah Gülənin FBI tərəfindən necə qorunduğunu nümayiş etdirib. Yazdığı məqalədə Güləni planetdəki ən təhlükəli adam kimi səciyyələndirən və bu adamın hələ də ABŞ-dan terror fəaliyyətlərini idarə etdiyini deyən Edmonds, Gülənin ABŞ-a gəlişi və qorunması məsələsində MKİ və FBI ilə əməkdaşlıq etdiyini iddia edib. FETÖ lideri haqqında ittihamların ört-basdır edilməsinin başında keçmiş FBI başqanı Robert Müllerin olduğunu irəli sürüb.
 

 AÇIQLAMA BELƏ ETMƏDİLƏR
 
Edmonds, Müllerin Güləni şəxsən qoruduğunu və haqqındakı ittihamların palaz altında gizlətdiyini iddia edib. Edmonds həmçinin, Güləni bu dərəcədə qoruyan Robert Müllerin teröristbaşını hədəf alan keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flynn-a da müharibə açdığını bildirib. Edmondsa görə, prezident Donald Trampın Rusiya ilə əlaqələrini araşdırmaqla vəzifəli olan Müllerin “Müttəfiqimiz Türkiyənin yardımımıza ehtiyacı var. Güləni təhvil verməliyik” deyən Flynnin üzərinə fokuslanaraq ona savaş açması bir daha onun Güləni qoruduğunun dəlilidir. Keçən həftə dərc olunan Edmondsun bu məqaləsinin ardından dünən maraqlı bir hadisə daha yaşanıb. Daim fikir azadlığından dəm vuran və PKK, FETÖ, DHKP-C, hətta İŞİD təbliğatına da senzura tətbiq etməyi rədd edən sosial media platforması Twitter, Edmondsun bu yazısını senzuraya məruz qoyub. Edmondsun məqalələrinin dərc olunduğu “News Bud” adlı xəbər saytının təqdim etdiyi bu məqalənin tweetini senzuraya məruz qoyan Twitter, məsələ ilə bağlı açıqlama belə verməyib.
Müxalifət.az