Keçmiş döyüşçüdən Sarkisyana təhdid: “Birinci onu güllələyəcəm”

Ermənistan parlamentində Rusiya və Ermənistanın birgə hərbi birlik yaratması ilə bağlı qanunun qəbul edilməsi İrəvanda keçmiş döyüşçülərin qəzəbinə səbəb olub. 
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, erməni döyüşçü Vahan Badasyan bildirib ki, prezident Serj Sarkisyanın partiyası Ermənistanı Rusiyaya peşkəş verib. O, qeyd edib ki, artıq suverenlik barədə düşünmək mənasızdır. 
Keçmiş döyüşçü bildirib ki, cəbhə xəttində baş verəcək toqquşma zamanı ilk öncə cinayətkar rejimə qarşı silah qaldıracaq. 
“Mən Ermənistan hakimiyyətindən hər şey gözləyirəm. Onlar Rusiyanın nəzarət etməsinə də icazə verərlər. Mən ailəmlə birgə cəbhə xəttinə yaxın yaşayıram. Əgər mənim ailəm təhlükəyə məruz qalarsa hər şeydən öncə bu gün bütün təhlükəli vəziyyəti yaradan hakimiyyətə qarşı silahlanacam, onları güllələyəcəm” - deyə keçmiş döyüşçü bildirib.