Keçmiş bələdiyyə sədri haqda ŞOK İDDİA – “Əlikram Musayevin təşkilatçılığı ilə qardaşı uşaqları İŞİD-in tərkibində vuruşmuşlar”

Baxış sayı:
5455

Abşeron rayonu, Aşağı Güzdək qəsəbə sakinlərindən Mirzəməmmədov Telman Heybət oğlu, Muradov Oktay Muradxan oğlu, Hüseynov Ibrahim Məhəmmədəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova və digər səlahiyyətli şəxslərə müraciət edən sakinlər yazır:
“Əvvəlcə xatırladaq ki, 2000-2010-cu illərdə bələdiyyə sədri olmuş və sonra Qaracüzlü kənd icra nümayəndəsinin müavini vəzifəsində 8 il işləmiş Əlikram Musayev işlədiyi 18 il ərzində dövlətə və kənd sakinlərinə həmişə külli-miqdarda maddi ziyan vurmuşdur. Belə ki, 2005-ci ildən Qaradağ rayonu, Müşviqabad qəsəbəsində qaçqınlara tikilən 7 mərtəbəli binaların qonşuluğunda dövlətə məxsus 20 ha torpaq sahəsini arvadının adına icarə müqaviləsi ( 15 ilə) əldə etmiş və 17.5 ha–nı qanunsuz olaraq ayrı-ayrı fiziki şəxslərə ev tikmək üçün sataraq əsassız varlanmışdır.
Həmkəndlimiz Kamal Kamilovun məlumatlı şəxs kimi dediyinə görə( şahidi olduğu silahla bağlı), vaxtilə müharibə dövrü Qarabağdan oğurlanaraq gətirilən avtomat silahların bir hissəsi satılmış, ondan 4-nü özündə saxlamış və birini də 1997-ci ilin oktyabrında Qaracüzlü kənd “Babək” kolxozunun sədri olmuş Əliyev Əbdülhüseyn Məşədiəlibala oğlunun kənddə düzgün əmlak bölgüsü apardığına görə onun evinə həmin avtomat silahdan qoydurmaqla şərləyib həbs etdirmişdir( Doğrudur, sonradan həmin silahı guya polislər kənddə yolun kənarından tapması barədə akt tərtib edib sənədləşdirmişlər, kişi həbsdən çıxandan sonra).
Bu təhlükəli şəxsin təşkilatçılığı ilə qardaşı uşaqları İŞİD-in tərkibində vuruşmuşlar. Və çox güman ki, bu adamlar Azərbaycana qayıtmışlar.
Əlikram dünən 16 sentyabr saat 11-də biz üç nəfər doğma kəndimizə ( Qaracüzlü) daxil olarkən qarşımızı kəsərək “nə gəlmisiniz” dedi. Biz “əmlak məsləsinə görə gəlmişik” cavabını verəndə, o, yanımızda olan Oqtayın oğlu, 11 yaşlı Amin balanın gözləri qarşısında bizə qışqıraraq bildirdi ki, əmlakla bağlı siz heç bir məslə  və iddia qaldıra bilməzsiniz. Əgər əmlaka yaxın düşsəniz sizləri güllələyib öldürəcəm. Bu sözlərdən sonra  yanımızdakı uşaq Amin şoka düşdü və əsməyə başladı. Biz bu hədə-qoxudan dərhal sonra kəndi tərk etdik, dədə-baba yurdumuzda qala bilmədik.
Əmlakla bağlı Əlikramın bizi hədləməsinin əsl səbəbi budur ki, o, vaxtilə kolxozumuza məxsus olan əmlakların hamısını özü ələ keçirmiş, bundan iki fermanı özbaşına kənar şəxslərə satmış, digərlərini isə icarəyə verib 6000 manat qanunsuz gəlir əldə etməkdədir.
Digər fakt ondan ibarətdir ki, 2006-cı ilin aprelin 2-də o, 40 kənd ailə təsəsrrüfat rəhbərini aldadaraq onlara məxsus olan pay torpaqlarını etibarnamə əsasında ( hətta 2000-2003,2004 və 2005-ci ildə vəfat etmiş şəxslərin adından etibarnamə təşkil edərək ) alqı-satqı etmişdir.
Əlikram özünün və yaxın qohum-qardaşlarının adına saxta sənədlər əsasında son 10 ildə torpaq sahələrini əkmək adı altında dövlətdən külli-miqdarda subsidiya alıb mənimsəmişdir. Və 2018-ci ildə də mənimsəyir.
Cənab Prezident!
Sizdən xahiş edirik ki, dövlət və ictimai təhlükəli şəxs olan Əlikram Musayev barəsində təcili qanuni tədbirlərin görülməsi üçünəlaqədar təşkilatlara göstəriş verəsiniz.
Cənab daxili işlər naziri! 
Real təhlükəli ( silahlı) şəxs olan Ə.Musayevin bizə və ailəmizə qarşı “sizi güllələyərəm” hədə-qorxusunu nəzərə alaraq, hamımızın təhlükəsizliyimizin təmin olunması üçün aidiyyatı üzrə xüsusi tapşırıq verməyinzi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Xüsusi qeyd: Sonradan məlum olmuşdur ki, Tərtər Həbi Bazasından oğurlanan 450 ədəd avtomatdan 4 ədədi Əlikrama satılıb. Həmin 4 avtomatdan biri də Qaracüzlü kəndi yaxınlığında tapılıb, qalan 3-ü isə hazırda Əlikramda qala bilər”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.