Keçmiş baş redaktor İNTİHAR ETDİ - Özünü16-cı mərtəbədən atdı (Foto)

Baxış sayı:
4240

Moskvada məşhur “Sport-Ekspress” qəzetinin keçmiş baş redaktoru, populyar idman jurnalisti İvan Rubin intihar edib. “Mash” telegram-kanalı xəbər verir ki, o, özünü 16-cı mərtəbədən ataraq öldürüb.
Rubin intihardan əvvəl ölümünün səbəbi barədə məktub yazıb.

“Ölümümdə Vladimir Aleksandroviç Türenkovun günahlandırılmasını xahiş edirəm. Ona 70860 avro borcluyam və mənə hədə-qorxu gəlib ki, pulu qaytarmasam, ayaqlarımı və barmaqlarımı sındıracaq”, - məktubda deyilir.