Keçmiş baş nazirin qardaşı həbs olundu - İRƏVANDA

Baxış sayı:
1963

Yerevan məhkəməsi Ermənistanın keçmiş baş naziri Ovik Abraamyanın qardaşı Conik Abraamyanın həbs edilməsi barədə qərar çıxarıb.

TASS xəbər verir ki, C.Abraamyanın barəsində iri həcmdə silah-sursatın qanunsuz əldə edilməsi və saxlanılmasına dair ittiham irəli sürülüb.
Məhkəmə C.Abraamyanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib, araşdırma aparılır.
Qeyd edək ki, C.Abraamyan 2008-ci il martın 1-də müxalifətin etiraz aksiyası zamanı baş vermiş qətl işlərində günahlandırılır.
Xatırladaq ki, O.Abraamyan 2014-2016-cı illərdə Ermənistanın baş naziri vəzifəsində çalışıb.