Keçmiş baş nazirdən “İSRAİL” HAQDA ŞOK AÇIQLAMA

Hollandiyanın keçmiş baş naziri Dries van Agt, “İsrail Ərəb ölkələri arasında yerləşən kiçik bir yer olaraq daim təhdid altında yaşayan ölkə kimi dünya ictimaiyyətinə yanlış təqdim olunur” deyib.
 
Van Agt, Hollandiyada Gənc Sosialistlər tərəfindən təşkil edilən Fələstin-İsrail məsələsi ilə bağlı seminarda bütün dünyanın blokada şəraitində olan Qəzzaya göz yumduğunu, buna Hollandiyanın da daxil olduğunu deyib.
 
İSRAİL YAXIN ŞƏRQDƏKİ ƏN TƏHLÜKƏLİ ÖLKƏDİR
 
Siyasəti buraxdıqdan sonra Fələstinlilərin haqqını müdafiə etmək üçün mübarizə edən Van Agt, "İsrail, Ərəb ölkələri arasında yerləşən kiçik bir yer olaraq daim təhdid altında yaşayan ölkə kimi dünya ictimaiyyətinə təlqin olunur. Çox insan bilmir, amma İsraildə çox sayda atom bombası var. İsrail Yaxın Şərqdəki ən təhlükəli ölkədir" deyə, bildirib.
 
FƏLƏSTİN PROBLEMİ UNUTDURULMAĞA ÇALIŞILIR
 
Üç il əvvələ qədər Fələstin probleminin bütün dünyanın diqqətini çəkdiyini qeyd edən Van Agt, "Fələstin probleminə maraq son illərdə inanılmaz dərəcədə azalıb. Bunda bəzi amillər var, amma ən əsası insanların bunu artıq “normal” hal kimi qəbul etməsidir. Bununla yanaşı, Yaxın Şərq hazırda inanılmaz bir şəkildə dağılmış vəziyyətdədir. Sünni-Şiə mübahisəsi, Səudiyyə Ərəbistanı-İran arasındakı münaqişə kimi məsələlər ortaya atılmış və Fələstin problemi bu üzdən unutdurulmağa çalışılır. Başqa bir nümunə isə Suriyada son illərdə baş verənlər Fələstin probleminin üstünü örtdü" deyə, fikir bildirib.
Qeyd edək ki, “Haksızlığa qarşı haray, Fələstin xalqının faciəsi" adlı kitabının müəllifi olan Xristian Demokratlar İttifaqının (CDA) üzvü Dries van Agt, 1977-1982-ci illər arasında Hollandiyanın baş nazi olub.

Müxalifət.az