“Keçmiş baş həkimin lisenziyasız fəaliyyət göstərən aptekində narkotik tərkibli dərmanlar satılır” – ZƏRDABDAN ŞİKAYƏT

Baxış sayı:
3496

Zərdab rayonu Çallı kənd sakini Məmmədov Qənimət Tehran oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına məktub daxil olub. Müəllif yazır: “Ucar rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Oktay İsgəndərova məxsus olan apteklər şəbəkəsi qanunsuz fəaliyyət göstərir ki, nəticədə dövlətə küllü miqdarda ziyan dəyir. Oktay İsgəndərov 2003-2010-cu illərdə Ucar rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib. Bundan sonra o, şöbə müdiri vəzifəsinə keçirildi. Oktay İsgəndərov dərman-aptek biznesinə küllü miqdarda sərmayə qoysa da, bir neçə apteki lisenziya almadan işlədir. Mənim bu barədə Səhiyyə Nazirliyinə etdiyim müraciət yerində araşdırldı, Oktay İsgəndərova məxsus olan Ucar şəhəri Həzi Aslanov küçəsi ərazisindəki aptekin lisenziyasız fəaliyyət göstərdiyi aşkar olundu və bağladıldı. Səhiyyə Nazirliyindən bu barədə mənə 04 aprel 2018-ci il tarixli 03/245 nömrəli cavab məktbu göndərildi. Həmin cavab məktubunda qeyd edilib ki: "Səhiyyə Nazirliyinin mütəxəsisləri tərəfindən həmin ünvanda rəy üçün baxış keçirilərkən orada yaradılmış şərait əczaçılıq qaydalarının mövcud tələblərinə uyğun olmadığına görə, obyekt bağlanılmış (dərman və köməkçi tibbi vasitələr tamamilə yığışdılımışdır) və hal-hazırda fəaliyyət göstərmir. Eyni zamanda bildirik ki, obyektdə lazımı şərait yaradılmaqla lisenziya almadan əzcaçılıq fəaliyəti göstəriləcəyi təqdirdə tərəfimizdən Səhiyyə Nazirliyinin mövcud səlahiyyətləri daxilində ən sərt tədbirlər görüləcəyi və müvafiq orqanlara məlumat veriləcəyi barədə aptekin məsul şəxslərinə ciddi şəkildə xəbərdarlıq edilmişdir". Ancaq çox təssüf olsun ki, Oktay İsgəndərov yoxlamanı "yola verib", Səhiyyə Nazirliyini aldadıb, qanunsuz fəaliyyətini yenə davam etdirir. Sözügedən Ucar şəhəri Həzi Aslanov küçəsi ərazisndə yerləşən həmin obyekt lisenziya olmadan aptek fəaliyyətini yenidən davam etdirir. Həmin qanunsuz aptek fəaliyyəti göstərən obyektdə hal-hazırda dərman və köməkçi tibbi vasitələr yığılıb, lisenziyasız işləyir. Mən həkm Oktay İsgəndərovun qanunsuz əməllərini ifşa etmək üçün 20 aprel 2018-ci il tarixdə həmin obyektdə açıq-aşkar video çəkliş aparmışam ki, həmin video səklişi təqdim edirəm. Video çəklişdə tam aydın görünür ki, Ucar şəhəri Həzi Aslanov küçəsi ərazisində yerləşən obyekt hal-hazırda qanunsuz aptek fəaliyyətini davam etdirir. Həttda həmin obyektə daxil olub dərman istədikdə “var” deyib gətirib mənə təqdim edən satıcı çəkiliş apardığımı gördükdə tərəddüdlə “satmıram” deyib, “bizdən şikayət edən sənsən” bildirərək, dərhal Oktay İsgəndərova zəng edib məlumat verdi. Qeyd edim ki, Oktay İsgəndərovun apteklər şəbəkəsini qardaşı oğlu Elvin idarə edir. Ucar rayonunun Azərbaycan, Oğuz, Nərimanov küçəsi ərazilərində böyük aptekləri fəaliyyətdədir. Həmin apteklərdə qadağan edilmiş narkotik tərkibli dərmanlarda satılır. Hətta heç bir sənədi olmayan qanunsuz tikilmiş həmin aptekin binasına tələsik saxta sənəd düzəltirmək istəyirlər.Artıq həmin saxta sənədə arxitektor imzada edib. Həkim Oktay İsgəndərov cəzasızlıqdan azğınlaşaraq qanunsuz aptek fəaliyyətini davam etdirir. O, rayonda tanıyanlara deyib ki, "Səhiyyə Nazirliyinə pulumu verib, işimi davam etdirirəm". Qeyd edim ki, Ucar şəhəri Həzi Aslanov küçəsində yerləşən yerləşən aptek günün birinci yarsına kimi fəaliyyət göstərir. Çünki həmin ərazidə yerləşən kolxoz bazarı günün birinci yarsına kimi işləyir. Mən artıq Oktay İsgəndərovun qanunsuz fəaliyyəti barədə video faktlarla Prezident cənab İlham Əliyevə və Səhiyyə Naziri cənab Oktay Şirəliyevə şikayət ərizəsi ilə müraciət etmişəm. Səhiyyə Nazirliyinə zəng edib məlumat vermişəm, mənə verilən vatsap nömrəyə video çəklişi göndərmişəm. Mənə bildirildi ki, 25 aprel 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin əməkdaşı Pərviz müəllim Uca rayonunda olacaq və həmin apteki yoxlayacaq. Sonra mənə məlum oldu ki, lisenziyasız işlədilən apteki Oktay İsgəndərov boşaltdırır. Səbəb isə odur ki, yoxlamağa gələn şəxs əvvəlcədən Oktay İsgəndərova məluma verib. Bu da onu deməyə əsas verir ki, ortada rüşvət faktoru hökm sürür. Bəli, Səhiyə Nazirliyinin Pərviz adlı əməkdaşı rüşvət alıb, belə bir qanunsuzluğa yol verib, cinayət əməlinin üstnü ört-badır edir. Səhiyyə Nazirliyinin əməkdaşı Pərviz müəllimlə əvvəlcədən razılaşdırılmış kimi yoxlama gedəndən sonra Oktay İsgəndərov həmin obyektdə yenidən qanunsuz aptek fəaliyyətini davam etdirəcək. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Səhiyyə naziri cənab Oktay Şirəliyevdən xahiş edirəm, bu şikayət ərizəmi mənim iştirakımla yerində tam, hər tərəfli və obyektiv araşdırıb Ucar şəhəri Həzi Aslanov küçəsində yerləşən obyektdə qanunusz aptek fəaliyyəti ilə məşğul olan, qadağan olunmuş narkotik tərkibli dərmanların satışını təşkil edən məsul şəxslərin və oranın faktiki sahibi Oktay İsgəndərovun barəsində qanunamüvafiq tədbirlər görəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.