​Keçmiş arvdını məhkəməyə verən dünya çempionundan XƏBƏR VAR

Baxış sayı:
346

Nərimanov Rayon Məhkəməsində kikboks millisinin sabiq baş məşqçisi Anar Süleymanovun xüsusi ittiham qaydasında şikayəti əsasında onun keçmiş həyat yoldaşı Ş.Məmmədovanın məhkəməsi başa çatıb.
Unikal.org xəbər verir ki, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, xüsusi ittiham qaydasında şikayət icraata qəbuldan edilməyib.
Qərardan narazı qalan xüsusi ittihamçı A.Süleymanov apellyasiya şikayəti verib. 
Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib və anket məlumatlar dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət sabiq milli komandanın baş məşqçisi Anar Süleymanov bu il fevral ayında həbs olunub. O, arvadı Ş.Bayramovanı döyməkdə ittiham olunub. İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur. 
Zərərçəkmiş Ş.Bayramova 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. O, daha sonra azadlığa buraxılıb.
Daha sonra A.Süleymanovun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Ş.Bayramova barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət işi açılıb.