Keçmiş arvadını öldürən 25 yaşlı gəncə HÖKM OXUNDU

Baxış sayı:
8731

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 25 yaşlı Mahir Qocayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Qocayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında baş verib. Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.
Qətlin Ü.Allahverdiyevanın keçmiş əri Mahir Qocayev törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra M.Qocayev intihar məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar.
Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.
Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürüb./Virtualaz