​Keçmiş arvadını bıçaqladı - QISQANCLIQ

Sumqayıtda ər keçmiş arvadını bıçaqlayıb.
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 3-cü mikrorayonda qeydə alınıb. Şəhər sakini, əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş arvadı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayıb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. S.Verdiyev tutulub.
Faktla bağlı araşdırma aparılır.