​Keçmiş ANS-çi ARB-dən getdi

Tanınmış jurnalist İlkin Həsənli ARB telekanalından ayrılıb.
Muxalifet.az xəbər verir ki, jurnalist bununla bağlı açıqlama yayıb.
“Artıq bir neçə nəfər inboxa yazaraq ARB-dən çıxdığım haqqında suallar verir. Bu da açıqlaması. Bəli, müəyyən səbəblərə görə ARB dən çıxası oldum və indi işsizəm.
P.S İş təklifləriniz olsa, dəyərləndirə bilərəm”, - jurnalist bildirib.
Qeyd edək ki, İlkin Həsənli ARB-dən əvvəl ANS telekanalında çalışıb.