“Katyuşa” oxuyan aşıqlar QƏZƏBƏ TUŞ GƏLDİ - Video

Baxış sayı:
4681

Aşıq Namiq Fərhadoğlu: “Onlara ar olsun...”

Bu günlərdə sosial şəbəkələrdə aşıqlarla bağlı maraqlı video yayılıb. Belə ki, 9 May Qələbə Günü münasibətilə keçirilən kiçik məclisdə iki aşıq, balaban və qaval ifaçısı məşhur rus mahnısı olan “Katyuşa”nı ifa edib. Videogörüntü yayılan andan söz-söhbətə, müzakirələrə səbəb olub. İzləyicilərin böyük əksəriyyəti aşıqların bu hərəkətini pisləyib, rus mahnısının aşıq sənəti ilə sintezinin uğursuz olduğunu bildiriblər.

Qeyd edək ki, buna qədər də bir neçə dəfə bu cür hadisə ilə rastlaşmışdıq. Məsələn, iki il öncə Goranboyda bir biznesmeninin itlərinin toyunda Aşıq Şəmməd və balaban ifaçısı, Aşıqlar Birliyinin üzvü Haqverdi Əliyev iştirak etmiş, hətta itlərin şəninə bəy tərifi bildirmişdilər. İctimaiyyət tərəfindən hiddətlə qarşılanan bu hadisədən sonra balaban ifaçısı qurumdan xaric edilmiş, aşıq isə kəskin tənqidlərə tuş gəlmişdi.

Bu qalmaqal səngiməmiş, Tovuz rayonunda içki məclislərinin birində İbrahim adlı aşığın açıq-saçıq geyinmiş iki qadının şəninə şeir qoşub-oxuması ilə bağlı video yayıldı. Həmin hadisə də ictimaiyyət tərəfindən sərt tənqidlə qarşılanmışdı. Aşıqlar Birliyi isə açıqlama verərək bildirmişdi ki, həmin aşıq qurumun üzvü deyil, bununla belə, aşığın hərəkəti qətiyyətlə pislənilir.

Maraqlıdır, bəs qurum aşıqların “Katyuşa” oxumasını necə qəbul edir?

İlk öncə qısaca olaraq “Katyuşa” mahnısı haqqında xatırlatma verək. Qeyd edək ki, “Katyuşa” məşhur sovet mahnısıdır. Bəziləri onu xalq mahnısı kimi bilsə də, əslində 1938-ci ildə bəstəkar Matvey Blanter şair Mixail İsaskovskinin sözlərinə yazıb. Mahnıda əsasən, 1941-45 müharibəsi zamanı məşhurluq qazanmışdı. Hətta “BM” raket artilleriyasına bu mahnın adı qoyulmuşdu. Mahnıda sevdiyi əsgəri səbirlə gözləyən Katyuşa adlı qızdan söz açılır. Mahnının ifaçıları arasında Anna German və digərləri var.

Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı ile ilgili görsel sonucu

Aşıqların ifası ilə bağlı mövqeyə gəldikdə isə Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı “Yeni Müsavat”a açıqlamasında hələlik həmin ifa ilə tanış olmadığını bildirdi: “Bu barədə araşdırma etdikdən sonra öz rəyimi deyə bilərəm. Lakin qeyd edim ki, saz ifası ilə hansısa mahnını sintez etdikdə ladlar uyğun gələrsə, ifa peşəkarcasına olarsa, bunu qəbul etmək olar”.

Aşıq Namiq Fərhadoğlu ile ilgili görsel sonucu

Aşıq Namiq Fərhadoğlu isə məlum ifanı bəyənmədiyini dedi: “Mənim özüm də sazda bir çox mahnılar ifa etmişəm, lakin bunu mədəni surətdə etməyə çalışmışam. Məsələn, çox aşıq toylarda ”Lambada" və yaxud müxtəlif hind mahnılarını ifa edib. Amma baxır bunu necə edirlər. Bəziləri, sadəcə, meymunluq edir, aşıq sənətini gözdən salır. Buna çox pis baxıram və ar olsun deyirəm! 5-3 manata görə sazı gözdən salmaq olmaz. Sazın imkanları genişdir, onda bir çox dünyəvi mahnılar ifa etmək olar. Saz yeganə alətdir ki, onda simfoniya çalmaq olur. Onun bir simini vuranda sanki orkestr ifa edir. Təbii ki, sazda aşıq havalarını, klassikanı qorumaq lazımdır. Bu barədə tələbələrimə də tövsiyə edirəm, ilk növbədə fundamenti, aşıq mahnılarını dərindən bilmək lazımdır. Yəni ilk növbədə aşıq mahnılarını dərindən bilmək lazımdır.

Qeyd etdiyiniz ifanı görmüşəm. Sözün düzü, yaxşı baxmadım. Axı bu kimə lazımdır? Bəlkə də aşıqlara 5 manat veriblər ki, “Ay aşıq, bunu oxu”, onlar da ifa ediblər"./musavat.com