Katolik məktəbində İslama həqarət görüntüləri

Baxış sayı:
13711

Belçikada katolik məktəbinin tədbirində çəkilən görüntülər ölkəni qarışdırıb. Ərəb dünyasının ənənəvi milli paltarlarını geyən bir qrup tələbənin namazı təhqir etməsi, "partlayıcı kəmər" taxaraq "Allahu-Əkbərr" deyə qışqırdığı səhnələrin internetdə yayınlanması böyük təpkilərə səbəb olub.
 
Bu rəzalət hadisə Şərqi Flandre əyalətinin Gent şəhərindəki Paters Jozefieten de Melle Katolik Litseyində baş verib və böyük qəzəbə səbəb olub.
Ənənəyə görə, hər il bir xalqın mədəniyyəti nümayiş etdirilir məktəbin tədbirlərində.Bu il Ərəb dünyasının mədəniyyəti seçildiyi üçün tələbələr Ərəb milli geyimlərini geyiniblər. Ancaq tələbələr bu hərəkətləri irqçi bir tədbirə çevrilib, hərəkət və davranışları ilə İslama həqarət ediblər. Ərəb paltarları geyinib baş örtüyü taxan tələbələr namaz qılaraq və “Allahu-Əkbər” deyə qışqırıblar. Sosial mediada paylaşılan bu görüntülərdə "partlayıcı kəmər" taxan insanlar da görülür tələbələr arasında.
Sosial mediada qəzəbə səbəb olan bu görüntülərdən sonra məktəbin direktoru Jan de Gendt Belçika mətbuatına açıqlama vermək məcburiyyətində qalıb. "Bu hadisə əyləncə məqsədi daşıyırdı, bizim məqsədimiz kimsəni həvəsləndirmək və ya kədərləndirmək deyil idi" deyib.
Müxalifət.az