Katolik kilsəsində yenə cinsi istismar: İSTEFA ETDİ

Baxış sayı:
9532

Cinsi təcavüz, uşaq istismarı və gey əlaqələrinin tez-tez gündəmiə gəldiyi Katolik kilsəsində yeni bir qalmaqal ortaya çıxıb.
 
Braziliyanın “Limeira Vilson” kilsəsinin arxiyepiskopu Dias de Oliveira bir müddətdir istintaq altındadır. Oliveiranın istintaqının səbəbi cinsi istismarı gizləməsi və qorumasıdır.
 
İSTEFA ETDİ
 
Braziliyalı arxiyepiskop istintaq getdiyi müddətdə istefa verdiyini bəyan edib. Oliveira cinsi istismarla ittiham olunan bir keşişi qorumaqda günahlandırılıb.
Digər tərəfdən, arxiyepiskop istintaq zamanı bağış və ianə pulunu da qəsb etdiyini etiraf edib.
Müxalifət.az