Katolik 2 rahibə 500 min dollar oğurlayıb, QUMARDA UDUZDULAR

Baxış sayı:
7189

ABŞ-da iki katolik rahibə işlədikləri məktəbdən təxminən yarım milyon dollar oğurlayaraq bu pulu Las-Veqasda qumarda və tətillərdə xərclədiklərini etiraf edib.
 
Ən yaxşı dost olduqları bildirilən Mari Marqaret Kreuper və Lana Çen Los Ancelesdəki Sankt- Ceyms Katolik Məktəbində çalışırdılar.
Rahibə bacıların 500 min dollar həcmindəki pulu 10 illik proses içərisində oğurladıqları bildirilir.
Rahibələrinn bu pulu məktəb pulu ianələri və digər ödəmələrdən aldıqları qeyd edilir.
Los Anceles Arxiyepiskopluğu pulun yox olmasını adi bir araşdırma zamanı anlayıb.
Ailələr məktəbin keşişi Maykl Meyersin 28 noyabrda göndərdiyi məktubla hadisədən xəbərdar olublar.
 
İki rahibə ilin əvvəlində təqaüdə çıxıb
 
Hər iki rahibənin də bu ilin əvvəlində məktəbdən təqaüdə çıxdıqları açıqlanıb.
Mari Marqaret Kreuper təqaüdə çıxana qədər 29 il ərzində məktəb direktoru kimi fəaliyyət göstərib.
Çen isə 20 il ərzində bu məktəbdə müəllim işləyib.
Kreuper və Changın məktəb fondlarından şəxsi istifadə üçün külli miqdarda pul oğurladıqları və Kreuperin təqaüdə çıxmasından sonra aparılan adi bir araşdırma zamanı vəziyyətin fərq edildiyi qeyd edilir.
Meyers məktubunda, "Rahibə Mari Marqaret və rahibə Lana sizə vəziyyəti və gördükləri üçün hiss etdikləri dərin peşmançılığı danışmağımı istədilər. Sizdən əfv diləyirlər və dualarınızı gözləyirlər" deyə qeyd edilib.
Meyers məktubunda, ailələrdən təhsil müəssisəsinə və müəllimlərə olan etimadlarını itirməmələrini istəyib.
Meyers iki rahibəyə cinayət işi açmaq istəmədiklərini də sözlərinə əlavə edib.
Los Anceles Arxiyepiskopluğunun media əlaqələri ilə məsul şəxsi Adrian Alarcon isə hadisənin üstünü örtmək istəmədiklərini və şikayətçi olacaqlarını söyləyib.
 Müxalifət.az