​Kataloniyaya yeni rəhbər təyin edildi

İspaniya hökuməti Kataloniyaya yeni rəhbər təyin edib.
Kataloniya muxtariyyətinin yeni rəhbəri İspaniya baş nazirinin müavini Sorayya Saens de Santamariya Antondur.
Bununla yanaşı, İspaniya Nazirlər Şurası Kataloniya hökuməti şurasının səlahiyyətlərini öz üzərinə götürüb.
“Vanguardia” qəzetində dərc olunan rəsmi sənəddə Kataloniya rəhbəri Karles Puçdemonun vəzifəsindən kənarlaşdırıldığı qeyd olunur. Karles Puçdemon postunu tərk etmək istəməsə, dövləti qəsb etməyə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.