​Kataloniyaya yeni başçı təyin edildi

Baxış sayı:
6712

Kataloniya parlamenti bazar ertəsi günü Yoakim (Kim) Torranı region hökumətinin başçısı seçib. İki gün əvvəl keçirilmiş səsvermədə “Birlikdə Kataloniya uğrunda” qrupunun namizədi deputatların mütləq əksəriyyətinin dəstəyini qazana bilməmişdi.
Muxalifet.az xəbər verir ki, parlament üzvlərinin 66-sı namizədin lehinə, 65-i əleyhinə səs verib, 4 deputat bitərəf qalıb. Beləliklə, bu dəfə sadə səs çoxluğu prinsipi ilə keçirilən səsvermə nəticəsində Torra hökumət başçısı seçilib.
Namizədliyi İspaniyadan qaçmış Kataloniya hökumətinin sabiq başçısı Karles Puçdemon tərəfindən irəli sürülən 55 yaşlı Kim Torra Omnium Cultural ictimai təşkilatının lideridir. Bu təşkilat Kataloniyanın müstəqilliyini dəstəkləyir.
Xatırladaq ki, Puçdemon hazırda Almaniyadadır. AFR məhkəməsi onun İspaniyaya verilməsi məsələsinə baxır.