Kataloniyanın sabiq rəhbəri Barselonaya qayıdır

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Brüsseldən Barselonaya qayıdır.
Muxalifət.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Brüsseldən Barselonaya uçan təyyarənin göyərtəsində K.Puçdemondan başqa Kataloniya Daxili İşlər Şurasının sabiq rəhbəri Joakim Forn və əmək və sosial məsələlər üzrə keçmiş müşavir Dolors Bassa da var. Bu barədə “La Vanguardia” nəşrinə təyyarədəki digər sərnişinlər xəbər verib.
Qeyd edək ki, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri (ümumilikdə 14 nəfər) ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. Onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onlar barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək./publika.az/