Kataloniyanın muxtariyyəti ləğv edildi - MÜSTƏQİLLİK ARZUSU PUÇ OLDU...

İspaniya hökuməti Kataloniya əyalətinin muxtariyyətini ləğv edib.
 
Yerli mətbuatın yazdığına görə, rəsmi Madrid əyalətə münasibətdə ölkə Konstitusiyasının 155-ci maddəsini işə salıb.
Bu maddəyə əsasən, İspaniya hökuməti Kataloniyada birbaşa idarəetməyə keçib. 
Baş nazir Mariano Raxoy bildirib ki, Kataloniyada həmçinin hökumət də istefaya göndəriləcək, növbədənkənar parlament seçkiləri keçiriləcək.