Kataloniyanın müstəqillik elanından sonra NƏLƏR OLACAQ?

İndi hər kəsin başında eyni sual var: Bundan sonra nə olacaq?
 
Kataloniyanın bu addımı ilə əslində təkcə İspanya deyil,, Avropa xaosa sürüklənir.
 Hər bir halda üç problem ortaya çıxacaqdır. Katalonlar özlərinin iqtisadi cəhətdən güclü olduqlarını, haqq etdikləri dəstəkləri almadığını və nəticə etibarilə İspaniyanı ayaqda tutan tərəf olaraq görürlər. İspaniya bu hala Avropa İttifaqına daxil olduqdan sonra gəldi. Bu gün Kataloniya müstəqilliyin nəticələri ilə qarşı-qarşıya qalsa, mütləq Aİ başda  olmaqla çox ciddi sıxıntıya girər. Və buralardan çıxmaq məcburiyyətində qalır.
İkinci məqam, hər bir halda Kataloniya ikiyə bölünmüş vəziyyətdədir. Müstəqillik üçün “bəli” deyənlər, yüzdə 46-lıq iştirakla bunun yüzdə 92-sini almış vəziyyətdədirlər. Bu isə o anlama gəlir ki, Kataloniya öz içində də qarışır. Üçüncüsü, baş nazir çox dəqiq bir şəkildə İspaniya parlamentinin dəstəyini də arxasına alaraq, hansı addımların atılacağını, bunun nə şəkildə qoyulacağına dair bəyanatlar verdi. Böyük bir səbrlə bunu təxirə salaraq gəldi.
Bu bir bilək güləşidir. Müstəqillik tərəfdarı olan liderlə, bütün İspaniya miqyasında partiyalar və vətəndaşların qarşı-qarşıya gəlməsinə səbəb ola biləcək bir hadisədir.
Həm polis, həm hərbi, həm də ədliyyənin müdaxiləsinə qədər bu iş gedəcək. Həbslərlə xoşagəlməz hadisələrin yaşanacağı vəziyyətə gələ bilər.
Müxalifət.az