​Kataloniyanı etiraz dalğası bürüdü: Qaçaq prezidentlərini müdafiə edirlər

İspaniyada minlərlə etirazçı küçələrə axışıb.
Muxalifət.az xəbər verir ki, etirazçılar prezident Çarlz Puiqdemontun ölkədən qaçmasına baxmayaraq, Kataloniyanı müdafiə edəcəklərini bildiriblər.
Onlar Kataloniya prezidentinin məmləkəti Girona şəhərindəki əsas hökumət binası ətrafında insan zənciri meydana gətirib. Aktivistlər Madridin bölgəni idarə etmək niyyətini qətiyyətlə rədd edib və öz manifestlərini oxuyublar. Həmçinin prezidentlərinə tətbiq edilən repressiyanı qınayıblar. Onlar müstəqillik referendumundan sonra həbs edilən 3 Kataloniya müxalifət liderlərinin azadlığa buraxılmasını da tələb ediblər.
Qeyd edək ki, Madridin həbs təhdidlərinə baxmayaraq, prezident Çarlz Puiqdemont Kataloniyanın İspaniyadan ayrılacağına dair fikirlərini səsləndirib. Ancaq o, İspaniyanın Kataloniya muxtariyyətini ləğv etdikdən sonra ölkəni tərk edib. Prezidentlə birlikdə 5 nazir də Kataloniyanı tərk edərək Belçikaya gedib. Onlar Belçikadan siyasi sığınacaq tələb edib.
Belçika siyasi qaçqınların tələbinə növbəti 5 gün ərzində cavab verəcək./Publika.az/