Kataloniyadan İspaniyaya təhdid: Yoxsa müstəqilliyimizi elan edərik

Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərib.
Trend-in məlumatına görə, məktubda K.Puçdemon İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.
Məsələ ilə bağlı İspaniya hökumətinin təcili iclasının keçiriləcəyi deyilir.
Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.