Kataloniyada polis terrorçu-kamikadzeni məhv edib

O, Barselona və Kambrilsdə baş vermiş terror aktlarının araşdırılması zamanı aşkar edilib
 
Polis Barselonanın Subirats yaşayış məntəqəsində "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib.
Bu barədə "Cadena Ser" radiostansiyası məlumat yayıb.
 O, Barselona və Kambrilsdə baş vermiş terror aktlarının araşdırılması ilə əlaqədar aparılan xüsusi əməliyyat  zamanı aşkar edilib. 
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.